Velotrekdə çoxgünlük ötüşmələr üzrə federasiya kuboku yarışlarının qalibləri müəyyənləşib
Bakı, 22 oktyabr, AZƏRTAC
Respublika Velotrekində çoxgünlük ötüşmələr üzrə federasiya kuboku yarışlarının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərdən 60-dan artıq velosipedçi iştirak edib.
Reqlamentə əsasən, qaliblər iştirakçıların üç yarış günü ərzində göstərdiyi nəticələr əsasında müəyyənləşib. On və 17 yaşadək velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndələri Qadir Mustafayev və Bakir Dadaşov müvafiq olaraq 23 və 24 xalla yarışın qalibləri adını qazanıblar.
Elit, U-23 və gənclər kateqoriyasında isə “Lokomotiv” klubunu təmsil edən Tural İsgəndərov 25 xalla hamıdan güclü olub.
Qaliblər federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.