VENESUELA PREZİDENTİNİN VATİKANA ACIĞI TUTMUŞDUR
Vatikanın yüksək vəzifəli kardinallarından biri bildirmişdir ki, Venesuelada diktatura yaradılmaqdadır. Bununla əlaqədar Venesuela Prezidenti Uqo Çaves katolik kilsəsinin rəhbərliyindən izahat tələb etmişdir. AZƏRTAC Bi-Bi-Si Nyuz telekanalının saytına istinadla xəbər verir ki, Venesuela lideri kardinalın sözlərini fitnəkarlıq adlandırmış və “təhqirə” görə kilsənin üzr istəməsi tələbini irəli sürmüşdür. Prezident katolik kilsəsinin ittihamlarına münasibətini özünün həftəlik teleçıxışında açıqlamışdır. Kilsə isə buna öz mövqeyini hələlik bildirməmişdir.
Çaves demişdir ki, kardinalın bəyanatı ilə əlaqədar Vatikanın Karakasdakı səfirinə zəng vurmuş və onun izahatını dinləmişdir. Lakin onun izahatı Çavesi qane etməmişdir. O, kilsənin nümayəndələrinə dini işlərlə məşğul olmağı və siyasətə qarışmamağı məsləhət görmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]