Vergi azadolmaları və güzəştləri xarici investisiyaların cəlbinə yardım edəcək
Bakı, 10 fevral, AZƏRTAC
Azad edilmiş ərazilərimizin bərpasına yönələn vergi azadolmaları, güzəştlər həmin ərazilərdə biznes mühitinin gücləndirilməsinə və inkişafına, ümumiyyətlə, Azərbaycanın regiondakı biznes rəqabət qabiliyyətinə təkan verəcək və xarici investisiyaların cəlbinə yardım edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən islahatlar və layihələr rəğbətlə qarşılanır: “Son dövrlərdə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər nəticəsində vergi güzəştləri və azadolmaların sayı artıb. Belə mütərəqqi islahatlardan biri də azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün tətbiq ediləcək güzəştlərdir. AMCHAM olaraq, Azərbaycana birbaşa xarici investisiyaların cəlbi üçün bir sıra tədbirlər həyata keçiririk”.
Palatanın prezidenti əlavə edib ki, vergi sistemində əhəmiyyətli kadr islahatları aparılıb, effektiv elektronlaşdırma sayəsində vətəndaş-məmur təması minimuma endirilib, nağdsız ödənişlərin sayı artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]