VERGİ ÖDƏYİCİLƏRİ ÜÇÜN SEMİNAR-MÜŞAVİRƏ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncədəki 12 saylı Ərazi vergilər idarəsi Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin öyrənilməsi ilə əlaqədar seminar-müşavirə keçirmişdir. Şəhərin iri vergi ödəyicilərinin iştirakı ilə keçirilən tədbirdə sahibkarların və hüquqi şəxslərin, eləcə də digər vergi ödəyicilərinin aylıq gəlirlərindən vergi tutulmasının yeni qaydaları ilə bağlı məruzə dinlənilmiş, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.