VERGİ ÖDƏYİCİLƏRİNİN HÜQUQİ BİLİYİ ARTIRILIR
Bu gün vergi ödəyicilərinin heç də hamısı işini hüquqi cəhətdən düzgün qura bilmədiyi üçün bəzən narazılıqlar yaranır. Göyçayda yerləşən 9 nömrəli ərazi vergilər idarəsi bunu nəzərə alaraq, vergi ödəyicilərinin hüquqi biliyini artırmaq məqsədi ilə Ağdaş şəhərində vergi ödəyiciləri ilə görüşlər keçirir. Hər ayın 5-i və 19-da keçirilən bu görüşlərdə vergi qanunvericiliyi və onun tətbiqi ilə bağlı qəbul edilmiş normativ hüquqi sənədlər şərh olunur, suallar cavablandırılır.
9 nömrəli ərazi vergilər idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, vergi ödəyicilərinin razılıqla qarşıladıqları və maraqla iştirak etdikləri bu tədbirlərdə bir çox məsələlərə aydınlıq gətirilir.