Vergiödəyiciləri üçün əməkhaqqı kalkulyatoru istifadəyə verilib
Bakı, 18 mart, AZƏRTAC
Vergiödəyicilərinə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində aparılan işlər çərçivəsində əməkhaqqı kalkulyatoru yenilənərək istifadəyə verilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, yenilənmiş kalkulyator əməkhaqqının bruto və xalis məbləğinin, həmçinin qüvvədə olan qanunvericiliyə uyğun olaraq vergi və sosial ödənişlərin avtomatik və dəqiq hesablanmasını təmin edir. Bu alət işəgötürənlər və mühasiblər üçün hesablamaların operativ və düzgün aparılmasına, eləcə də vaxt itkisinin minimuma endirilməsinə şərait yaradır.
Təqdim olunan xidmət əməkhaqqı ilə bağlı hesablamalarda şəffaflığın artırılmasına və istifadəçi rahatlığının təmin edilməsinə xidmət edir.
Kalkulyatordan istifadə etmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:11]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib
- 11.06.2026 [16:55]
Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO
- 11.06.2026 [16:46]