“Vest Hem” klubu Samir Nəsri ilə razılaşıb
Bakı, 28 dekabr, AZƏRTAC
İngiltərənin “Vest Hem” klubu fransız futbolçu Samir Nəsri ilə müqavilə bağlamağa razılaşıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yarımmüdafiəçiyə həftəsinə 88 min avro maaşla qısamüddətli müqavilə təqdim olunub.
Fransız futbolçu karyerasını “Olimpik Marsel”də başlayıb. Yarımmüdafiəçi “Arsenal”, “Mançester Siti”, “Sevilya” və “Antalyaspor” klublarının heyətində forma geyinib.
Nəsri Fransa milli komandasının heyətində 42 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, oyunçu 2018-ci il fevralın 25-də dopinqə görə yarım il futboldan kənarlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]