Vətən müharibəsi: tarixin şəxsiyyət faktoru” kitabı 10-dan çox dilə tərcümə olunub
Bakı, 1 may, AZƏRTAC
Vətən müharibəsi başa çatdıqdan sonra fundamental kitab olan “Vətən müharibəsi: tarixin şəxsiyyət faktoru”nu hazırladıq. Kitabda şəxsiyyət amili xüsusi vurğulanıb, qələbənin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin proseslərə rəhbərliyi ön plana çəkilib. Kitab Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə hazırlanıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov deyib. Professor bildirib ki, nəşr 10-dan çox dilə tərcümə olunub və müxtəlif ölkələrdə təqdimatları keçirilib: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra isə bu mövzunun davamı kimi yeni kitab hazırlanıb və suverenliyin bərpasına həsr olunub.
Dövlətimizin başçısı 2025-ci il noyabrın 3-də AMEA-da çıxışı zamanı qarşıya mühüm vəzifələr qoyub. Bu vəzifələrdən biri də respublika tarixinin yazılmasıdır. Çoxcildlik respublika tarixinin bir hissəsi 44 günlük Vətən müharibəsinə həsr ediləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:10]
Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb
- 08.06.2026 [15:04]
BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub
- 08.06.2026 [14:59]
Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub
- 08.06.2026 [14:34]
BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq
- 08.06.2026 [12:28]
AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur
- 08.06.2026 [11:48]