Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizin xalqımız üçün necə böyük işlər gördüyünüzün şahidiyik

Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizin xalqımız üçün necə böyük işlər gördüyünüzün şahidiyik

Bakı, 21 aprel, AZƏRTAC

Respublikanın bütün guşələrindən vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edirlər. Onlar koronavirusla mübarizədə dövlətimizin başçısının atdığı qətiyyətli addımları, xalqa göstərdiyi diqqət və qayğını alqışladıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Biləsuvar rayonundan Qarabağ müharibəsi veteranı Emin Mehtiyev yazır: “Hörmətli cənab Prezident, mən Sizin kimi rəhbərlə fəxr edirəm. Qarabağ müharibəsinin veteranıyam, hazırda müəllim kimi çalışıram. Hər dəfə şagirdlərimə dövlətimizin inkişafından, Ulu Öndərdən, Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə qürur hissi keçirirəm. Siz daim xalqı düşünürsünüz. Bu ağır günlərdə isə qayğınız daha da artıb. Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq və mən şagirdlərimə Sizin bu mübarizədə xalqımızı necə qorumağınız haqqında söhbətlər edəcəyəm. Allah Sizi bizə çox görməsin!”.

Bakı şəhərinin Nəsimi rayonundan təqaüdçü Qunça Qafarovanın məktubunda deyilir: “Çox dəyərli və hörmətli cənab Prezidentimiz, ölkəmizdə yayılmaqda olan COVID-19 pandemiyasının qarşısını almaq üçün gördüyünüz çoxsaylı tədbirlərə görə Sizə minnətdarlığımı çatdırıram. Mənim 69 yaşım var, təqaüdçüyəm. Bu ağır günlərdə Azərbaycan xalqının hər bir ailəsini öz ailəniz kimi gördünüz. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib. Buna görə Sizə təşəkkürümü bildirirəm. Allahdan sizə uzun ömür və cansağlığı arzu edirəm”.

Masallı rayonunun Hüseynhacılı kəndindən tələbə Şəhriyar Cəfərli yazır: “Hörmətli cənab Prezident, bu məktubu yazmaqda məqsədim Azərbaycanın bir gənc vətəndaşı olaraq Sizə minnətdarlıq etməkdir. Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz. Bu çətin günlərdə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlarına göstərirsiniz. Bunun üçün atam həmişə bizə “Azərbaycanlı olduğunuz üçün özünüzlə fəxr edin” deyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz. Sizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun”.

Füzuli rayonundan məcburi köçkün Yeganə Fərəcova məktubunda qeyd edir: “Hörmətli cənab Prezident, cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində biz mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik. Sizin atdığınız addımlar artıq öz səmərəsini verməkdədir. Bir neçə gündür pandemiya ilə bağlı açıqlanan statistika nikbinliyə əsas yaradır. Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıalınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaq. Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə və işğal altında olan torpaqlarımızı azad edəcəyimizə inanırıq. Uca Allah Sizi və ailənizi qorusun!”.

Şəki şəhərindən müəllim Mənsurə Cəbrayılova yazır: “Hörmətli cənab Prezident, mən sadə bir Azərbaycan vətəndaşı, müəllim, mədəniyyət işçisi olaraq, Sizinlə qürur duyuram. Biz Sizin xalqımız üçün necə böyük işlər gördüyünüzün şahidiyik. Dünyanı pis günə qoyan bu virusla mübarizədə və bütün işlərinizdə Sizə dualar edir və alqışlayırıq. Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Sizin düşünülmüş siyasətiniz, dövlətimizin qabaqlayıcı tədbirləri nəticəsində bu gözə görünməyən virusdan, inşallah, xilas olacağıq. Mən və ailəm Uca Allaha dualar edirik ki, Allah Sizə, həkimlərimizə, ordumuza, bu mübarizədə əməyi olan hər bir şəxsə dayaq olsun. Amin. Dəyərli Prezidentimiz, Biz Sizinlə güclüyük. Allah Sizə yar olsun!”.

Füzuli rayonunun sakini Vüsət Xəlilov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Əziz və möhtərəm Prezident, bu ağır və çətin günlərdə bizim, sadə vətəndaşların yanında olduğunuza, xüsusi karantin müddətində işsiz və aztəminatlı ailələrə aylıq 190 manat pul vəsaitinin ödənilməsinə görə cəbhə bölgəsində yaşayan bütün Füzuli rayon sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Bir daha əmin olduq ki, Sizi özümüzə lider seçməkdə yanılmamışıq. Siz Ümummilli Liderimiz kimi mürəkkəb vəziyyətlərdə böyük iradə nümayiş etdirməklə xalqı irəli aparmağa qadir rəhbərsiniz. Allah yardımçınız olsun!”.

Sumqayıt şəhərindən Ləman Ramazanova yazır: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasına imkan vermədiyinizə görə Sizə minnətdarıq. Vaxtında görülən tədbirlər sayəsində biz bu gün evimizdə sağlam şəkildə ailəmizin yanındayıq. Bu mübarizədə bir çox adamlar qəhrəmanlıq göstərir, bu qəhrəmanlıqlar bizi qələbəyə yaxınlaşdırır. Bu qələbədə nə qədər çox adamın payı olsa da bayraqdarımız, qələbənin memarı Sizsiniz, cənab Prezident. Allah Sizi xalqımızın üstündən əskik etməsin”.

Bakı şəhərinin Xətai rayonundan Zəminə Cəfərova yazır: “Möhtərəm cənab Prezident, Sizin müdrik siyasətinizin nəticəsi olaraq Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Bizim dəyərli Prezidentimiz, İnşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcək, toy-büsatlar qurulacaq. Siz xalqın etimadını qazanmış Lidersiniz. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm”.

Şəkinin Qudula kəndindən Nemət Əliyev məktubunda bildirir: “Hörmətli Prezidentimiz, bütün dünyanı bürüyən koronavirus xəstəliyinə qarşı mübarizədə respublikamızda Sizin rəhbərliyinizlə böyük işlər görülür. Biz televiziyada Sizin çıxışlarınızı diqqətlə dinləyirik, imzaladığınız fərman və sərəncamları izləyirik. Koronavirus xəstəliyi vaxtı kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərini qarşılamaq məqsədilə ehtiyat fondunuzdan ayırdığınız vəsaitlərə, sadə kəndlilərin zəhmətinə verdiyiniz dəyərə görə sizə öz minnətdarlığımızı bildiririk. Sizə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edir, arxanızda olduğumuzu bilməyinizi istəyirik”.

Balakən rayonunun Qullar kəndinin sakini İbrahim Şıxməmmədov yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizi salamlayır və bu məktubumda Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu çətin günlərdə - ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, tezliklə bu bəladan xilas olacağıq, həyatımız əvvəlki axarına düşəcək. Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident. Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun!”.

Neftçala rayonunun Mürsəqulu kəndindən sahibkar Heydər Səmədov: “Cənab Prezident, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə təsdiq etdiyiniz müvafiq preventiv və profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial dayanıqlığının təmin edilməsi, o cümlədən pandemiyadan əziyyət çəkən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət - vətəndaş birliyini əks etdirən əsas amillərdəndir. Fərdi sahibkar, fermer olaraq Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasəti tam dəstəkləyir və Sizin ölkəmizin çətin dönəmində dayanmadan, yorulmadan apardığınız islahatları alqışlayıram. Siz Azərbaycanın inkişafını təmin edirsiniz. Sizin pandemiya şəraitində Azərbaycanı necə qurtardığınız bir tarixdir. Yeni növ koronavirusun böyük insan tələfatı ilə nəticələnməsinin qarşısını almaq Sizin düşünülmüş, qabaqlayıcı tədbirlərinizin sayəsində mümkün olmuşdur. Fərdi sahibkar kimi sosial məsuliyyət dərk edərək Sizin bütün çağırışlarınızı tam şəkildə dəstəkləyirik”.

Şamaxı rayonunun Sabir qəsəbəsindən Şəfa Hacıyeva: “Hörmətli cənab Prezident, ölkəmiz koronovirus ilə bağlı aparılan mübarizədə zamanında verilmiş qərarlarınız sayəsində ən inkişaf etmiş dövlətlərlə bir pillədə durur. Bu, dövlət rəhbərinin uzaqgörənliyinin nəticəsidir. Bizimlə bərabər ailəmizin, övladlarımızın rifahını düşündüyünüz üçün, bu çətin günlərdə virusun vurduğu ziyanları minimuma endirə bildiyiniz üçün Sizə ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirirəm. Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olduğum üçün qürur duyuram. Hər zaman dövlətimizin rifahı naminə verəcəyiniz qərarlarınızda yanınızdayam”.

Tərtər rayonunun Sarıcalı kəndinin sakini Elşən Əsədov: “Hörmətli cənab Prezident, Azərbaycan xalqına vaxtında etdiyiniz güzəştlər, aztəminatlı ailələrin sosial durumlarını yaxşılaşdırmağa doğru atdığınız addımlar, işsiz və işaxtaran şəxslərə birdəfəlik ödəmələrin verilməsini 200 min nəfərdən 600 min nəfərə çatdırılması xalqımız üçün çox önəmli addımlardır. Vaxtında verdiyiniz göstərişlərə uyğun olaraq, dövlət sərhədlərinin bağlanılması xalqımız üçün çox önəmli addımdır. Biz həmişə Sizə güvənmişik və bu gündən sonra da güvənimizi sonsuz şəkildə davam etdirəcəyik. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız var. Cənab Ali Baş Komandan, mən Sizə ailəmiz adından minnətdarlığımı bildirirəm”.

İsmayıllı rayonunun İvanovka kəndindən Tatyana Ravçeyeva: “Hörmətli cənab Prezident, Siz həmişə olduğu kimi, bu çətin dövrdə də xalqın yanındasınız, ona daim qayğı göstərirsiniz. Sizin düşüncə və əməlləriniz insanların həyatının qorunmasına, onların sağlamlığının müdafiəsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Sizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyiniz tədbirlər qəlbinizin mərhəmətindən, sevginizin dərinliyindən, təfəkkürünüzün gücündən və müdrikliyindən xəbər verir. Ailəm adından və şəxsən öz adımdan Sizə - gözəl insan və müdrik rəhbərə öz xalqının qayğısına qaldığı üçün minnətdarlığımı bildirirəm. Əminəm ki, biz bu bəlanın öhdəsindən birlikdə gələcəyik. Biz daim Sizinləyik, biz birlikdə güclüyük! Allah Sizə cansağlığı versin, Sizi qorusun!”.

Masallı rayonunun Türkoba kəndindən Qarabağ qazisi Füzuli Abdullayev: “Çox hörmətli cənab Prezident, belə çətin günlərdə xalqımızın yanında olub, onun hər bir problemi ilə maraqlanıb həlli istiqamətində tapşırıqlar verdiyinizə görə mən bir Qarabağ qazisi kimi Sizi alqışlayıram. Xüsusilə də koronavirusa qarşı mübarizədə vətəndaşlarımızın sağlamlığını hər şeydən vacib bilib məqsədəuyğun qərarlar verməyiniz bizi çox sevindirir. Hər çıxışınızda xalqımızın sağlamlığının Sizi nə qədər düşündürdüyünü hiss edirik. Xalqımızı bu qədər sevdiyinizə görə Sizə minnətdarıq”.

Ucar rayonunun Boyat kəndinin sakini Şamil Əliyev: “Möhtərəm cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, çətin vəziyyətə düşdüyü halda, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanımızda səmərəli qabaqlayıcı tədbirlər görülmüşdür. Siz Azərbaycan vətəndaşlarının, eləcə də şəhid ailələrinin sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, mühüm qərarlar qəbul edirsiniz. İnanırıq ki, Sizin müdrikliyiniz sayəsində xalqımız tezliklə bu bəladan xilas olacaq”. Cənab Prezident, Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi dövlət başçımızla qürur duyuruq. Uca Tanrı Sizi və ailənizi qorusun!”.

Azərbaycan Respublikasının Xalq artisti Roza Cəlilova yazır: “Hörmətli cənab Prezident, Sizin ölkəmizin inkişafı, xalqımızın rifah halının yüksəldilməsi uğrunda apardığınız düzgün siyasət bizi hər zaman sevindirir və fərəhləndirir. Böyük ürəyinizlə bu çətin günlərdə xalqımıza göstərdiyiniz kömək və xeyirxah əməlləriniz əvəzolunmazdır, alqışlara layiqdir. Birlik - dirilikdir. Biz Sizin ətrafınızda sıx birləşərək böyük qüvvəyə çevriləcək və koronavirus pandemiyasının sınağından tezliklə alnıaçıq keçəcəyik. Mən 91 yaşımda buna ümid edirəm və inanıram. Cənab Prezident, Sizə tutduğunuz ali dövləti vəzifədə yeni uğurlar, möhkəm cansağlığı, uzun ömür, başda Siz olmaqla xalqımıza Ulu Tanrıdan kömək diləyirəm”.

Zərdab rayonunun Ağabağı kəndindən Yasin Şıxlı: “Hörmətli cənab Prezident, dünyamız çətinliklə üzləşib. Bütün dünya ölkələri koronavirus pandemiyasının qarşısında çətin durumda qaldığı halda, Azərbaycan vətəndaşı heç nədən korluq çəkmədən rahat yaşayır. Sağlamlığımızı düşündüyünüzə, qayğımıza qaldığınıza görə Sizə təşəkkür edirik. Bir vətəndaş kimi daim Sizi dəstəkləyir və Sizinlə qürur duyuruq. Allahdan Sizə uzun, sağlam ömür arzulayırıq”.

Bakı şəhərinin sakini Vaqif Mikayılov: “Möhtərəm cənab Prezident, qəzetlərdən oxuyur, televiziyalardan görürük ki, koronavirus səbəbindən bütün dünya iflic vəziyyətindədir. İş yerləri bağlanıb, ölkə iqtisadiyyatları demək olar donub. Sizin pandemiyanın ilk günlərindən vəziyyəti düzgün qiymətləndirib çox ciddi tədbirlər görməyinizin nəticəsidir ki, bu gün ölkəmizdə insanlar bu virusun fəsadlarını demək olar hiss etmirlər. Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin!”.

Ağdaş rayonunun Qoşaqovaq kəndindən Bəhram Məmmədzadə: “Möhtərəm cənab Prezident, şəfqət, mərhəmət, humanizm kimi keyfiyyətlər həmişə Sizin və Mehriban xanım üçün həmişə ən mühüm həyati dəyərlər olmuşdur. Bu gün də belədir. Bütün dünyada tüğyan edən koronavirus pandemiyası ilə mübarizədə Siz bu keyfiyyətlərinizi bir daha nümayiş etdirdiniz. Ölkəmizdə xüsusi karantin rejimini tətbiq edərək Azərbaycan xalqını qoruduğunuz, qayğımıza qaldığınız üçün özümün və ailəmin adından Sizə təşəkkür edirəm. Sizinlə fəxr edirik. Hər şeyə görə çox sağ olun”.

Lənkəran şəhərindən İmanverdi Ağayev, Mahir Həsənov və Qoşqar Dadaşov yazırlar: “Zati-aliləri, cənab Prezident, koronavirus təhlükəsi hazırda bütün dünyanı təhdid edir. Bu, çox dəhşətli bəladır. Biz ölkə vətəndaşları Sizin rəhbərliyinizlə bu bəlaya qarşı görülən tədbirləri ürəkdən bəyənirik. Sizə təşəkkür edirik ki, bizi bu bəladan qorumaq üçün nə lazımdırsa edirsiniz. Xüsusilə ölkəyə gələn vətəndaşlar üçün yaradılan şəraitə, karantində olan insanlara göstərilən yüksək tibbi xidmətə və müalicəyə görə Sizə minnətdarlığımızı çatdırırıq. Cənab Prezident, Sizin və Mehriban xanımın qayğıkeş, humanist münasibətiniz bizi çox ruhlandırır. İnanırıq ki, hamımız sağlam və xoşbəxt olacağıq. Allah Sizi qorusun!”.

Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsindən Zakir Mirzəyev: “Möhtərəm Prezidentimiz, dövlətimizin və xalqımızın üzləşdiyi bu çətin günlərdə vətəndaşlarımıza göstərdiyiniz yardıma və dəstəyə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəm adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Həm işsizlərə, həm də iş sahiblərinə dövlətin yardım əlini uzatması Sizin qayğıkeşliyinizin, mənəvi cəhətdən nə qədər zəngin təbiətə malik olduğunuzun göstəricisidir. Siz bununla bir daha sübut edirsiniz ki, xalqımızın sağlamlığının keşiyində dayanmısınız, dövlətimizi bu çətin iqtisadi vəziyyətdən çıxarmağa qadirsiniz. Bu şərəfli vəzifədə Sizə yeni uğurlar və tükənməz enerji arzulayıram. Azərbaycan xalqı Sizinlədir”.

Gəncə şəhərindən Kəmalə Məmmədovanın məktubunda deyilir: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası bəşəriyyətə hücum edəcək, böyük ölkələri belə qarşısında diz çökdürür. Sərhəd tanımayan bu virusa qarşı vaxtında məsuliyyətli və uzaqgörən davranmağınız xalqımızı böyük itkilərdən qorudu. Buna görə Sizə dərin minnətdarlıq bildiririk. Bu gün ölkəmiz pandemiya ilə mübarizədə dünyaya nümunədir. Əhalin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər də vətəndaşların rifahını qoruyur. Vaxtında görülən tədbirlərə görə Sizə bir daha təşəkkür edir, “Çox sağ olun” deyirik”.

Saatlı rayonundan Pünhan Əlizadə yazır: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası dünya ölkələrinə, o cümlədən hegemon dövlətlərə müharibə elan edib, bütün ölkələrin iqtisadiyyatlarına güclü zərbə vurub. Qlobal böhrana baxmayaraq, Sizin tədbirli siyasətiniz və qətiyyətli mövqeyiniz sayəsində Azərbaycanda vəziyyət nəzarət altında saxlanılır. Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, xalqımız Sizə inanır və yalnız Sizə güvənir. Əminik ki, Sizin müdrik rəhbərliyiniz sayəsində dövlətimiz bu vəziyyətdən qısa müddətdə mətanətlə çıxacaq. Nə xoşbəxtik ki, Vətənin bu çətin günündə daim xalqının yanında olan, ürəyi xalqı ilə döyünən Prezidentimiz var. Belə bir gündə Siz xalqımıza dayaqsınız. Bilin ki, biz də hər zaman Sizin arxanızdayıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi