VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları İsmayıl Xəlilovdan 9,313 qram heroin götürmüşlər.
Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşları Ceyhun Cəfərovdan 302,42 qram marixuana, Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşları Namiq İbadovdan 0,245 qram, Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinin əməkdaşları Ədalət Əzizovdan 0,237 qram, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Füzuli Sadıqovdan 0,449 qram, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları isə İntiqam Quliyevdən 0,267 qram heroin aşkar edərək götürmüşlər.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri İntiqam Quliyevdən 1 qram heroin, Fərhad Eminovdan isə 1 ədəd şpris və 1 ədəd bıçaq götürülmüşdür.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]