Veteranlar Şurası Şəki təşkilatının plenumu olmuşdur
Şəki, 6 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Şəki təşkilatının plenumu olmuşdur.
AZƏRTAC xəbər verir ki, rayon veteranları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Veteranların, yerli icra və bələdiyyə qurumları rəhbərlərinin, məhəllə komitə sədrlərinin iştirakı ilə keçirilən plenumda təşkilatın ötən konfransdan keçən dövr ərzindəki fəaliyyəti təhlil olunmuş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir. Bildirilmişdir ki, veteranlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edir, öz iş və əməlləri ilə gənclərə həmişə nümunə göstərirlər.
Plenumda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası sədrinin müavini Kamal Əliyev çıxış edərək cəmiyyətin ən hörmətli təbəqəsi sayılan müharibə və əmək veteranlarının ölkəmizdə hərtərəfli qayğı ilə əhatə olunduqlarını bildirmiş, onların sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Şuranın Şəki təşkilatının nümunəvi fəaliyyəti ilə seçildiyini vurğulayan K.Əliyev qurumun üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Plenumda təşkilati məsələyə baxılmışdır. Mustafa Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Şəki təşkilatının sədri, Şahid Məmmədkərimov isə sədrin müavini seçilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]