ELM VƏ TƏHSİL
“Vikipediya”da general Ənvər Paşa haqqında məqalə təkmilləşdirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim, general Ənvər Paşa haqqında məqalə əsaslı şəkildə redaktə olunub.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə Ənvər Paşanın həyatı, ailəsi, hərbi fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Məqalə ilə daha ətraflı bu linkdə tanış olmaq mümkündür.
Bakının erməni-bolşevik işğalından azad edilməsində xüsusi rolu olan hərbi nazir Ənvər Paşa 1918-ci ildə qardaşı Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana göndərilməsini məsləhət görür.
Bu məqalə “Vikipediya” könüllülərinin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Cümhuriyyətin 100 illiyinə dəyərli töhfəsidir.