RƏSMİ XRONİKA
“VİNCİ” ŞİRKƏTİ İDARƏ HEYƏTİNİN SƏDRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Parisdə, onun üçün ayrılmış iqamətgahda Fransanın “VİNCİ” şirkətinin idarə heyətinin sədri İv Tibo Silqi ilə görüşmüşdür.
İv Tibo Silqi Azərbaycan Prezidentinin Fransaya dövlət səfərini yüksək qiymətləndirərək, onu çox gözəl və tarixi hadisə adlandırdı.
Görüşdə səfər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin gələcək inkişafına böyük təkan verəcəyi vurğulandı.
“VİNCİ”-nin idarə heyətinin sədri Azərbaycan ilə əməkdaşlığa üstünlük verdiyini və bu baxımdan konkret layihələrin olduğunu söylədi.
Prezident İlham Əliyev ölkəmizdə xarici şirkətlər, iş adamları üçün hər cür şəraitin yaradıldığını bildirdi.