Vitkoff İranla danışıqlar üçün Qətərə yollanıb
Bakı, 30 iyun, AZƏRTAC
Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ-İran danışıqlarında iştirak etmək məqsədilə Qətərin paytaxtı Dohaya yollanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN iki amerikalı rəsmiyə istinadla məlumat yayıb.
Məlumata görə, Vitkoff hazırda Dohaya gedir. Onu ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etmədiyi barədə isə məlumat verilmir.
Tramp daha əvvəl ABŞ və İran nümayəndələri arasında danışıqların çərşənbə axşamı Dohada keçiriləcəyini bildirmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın yaxın günlərdə Qətərdə ABŞ ilə hər hansı görüş keçirməyi planlaşdırmadığını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]