Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Türkiyəyə səfər edə bilər
Moskva, 31 may, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Türkiyəyə rəsmi səfər edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə Ankaradakı mənbədən bildiriblər.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Rusiya və Türkiyə prezidentləri bir neçə gün əvvəlki telefon danışığı zamanı yaxın vaxtlarda ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.
“Görüşün harada və nə vaxt keçiriləcəyi prezidentlərin iş qrafikinə uyğun razılaşdırılır. Biz belə görüşə hazırlaşırıq”, - deyə D.Peskov qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:58]
Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]