Vladiqafqazda baş verən partlayış nəticəsində səkkiz nəfər xəsarət alıb
Moskva, 10 aprel, AZƏRTAC
Vladiqafqazın mərkəzində pirotexnika anbarında partlayış baş verib, nəticədə biri uşaq olmaqla səkkiz nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə Avqust Hadisələri küçəsi ərazisində baş verib. Partlayışdan sonra güclü yanğın və tüstülənmə başlayıb. Episentrdə anbar binalarının fasadı tamamilə uçub, yaxınlıqda park edilmiş avtomobillər zədələnib.
Hadisə yerində fövqəladə xidmət əməkdaşları işlərini davam etdirir, dağıntıların sökülməsi prosesi aparılır. Qeyd olunur ki, partlayışdan sonra pirotexniki məmulatların detonasiyası davam edir ki, bu da yanğınsöndürənlərin işini çətinləşdirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]