Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb
Bakı, 7 iyul, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Faiq Qarayev təlim-məşq toplanışına 16 oyunçu cəlb edib.
Toppaylayıcılar: Kristina Besman (“Omiçka”, Rusiya), Raziyə Əliyeva (“DH Voley”), Nataliya Solovyeva (“Murov AZ Terminal”);
Hücumçular: Polina Rəhimova (“Panionios”, Yunanıstan), Yelizaveta Ruban (“Leninqradka”, Rusiya), Marqarita Stepanenko (UNEC), Nərmin Musayeva (“Gəncə”), Ülkər Kərimova (“Turan”), İlhamə Əzimova (“Azərreyl”), Kseniya Pavlenko (“Milli Aviasiya Akademiyası”);
Orta oyunçular: Ayşən Abduləzimova (“Turan”, kapitan), Aynur İmanova (“DH Voley”), Mariya Kirilyuk (“Yenisey”, Rusiya);
Liberolar: Yuliya Kərimova (“Turan”), Bəyaz Quliyeva (“DH Voley”), Ceyran İmanova (“DH Voley”).
Qeyd edək ki, Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Azərbaycanda C qrupunun oyunları keçiriləcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 10.08.2026 [13:23]
Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib
- 10.08.2026 [13:00]
Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb
- 10.08.2026 [12:49]
“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib
- 10.08.2026 [12:31]
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar
- 10.08.2026 [11:48]
Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq
- 10.08.2026 [11:10]