Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğanı Ukraynaya səfərə dəvət edib
Kiyev, 25 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tərəflər iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsi və Ukraynanın bərpası məsələlərini müzakirə ediblər.
AZƏRTAC bu barədə Ukrayna Prezidentinin İşlər İdarəsinin saytına istinadla xəbər verir.
“Biz ikitərəfli ticarət, investisiya və iqtisadi əməkdaşlığın artırılması, o cümlədən türk şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakı məsələlərini müzakirə etdik”, - deyə Zelenski vurğulayıb.
Bundan əlavə, liderlər “sülh formulunun” həyata keçirilməsini ətraflı müzakirə ediblər. Onlar Qara dənizdə azad gəmiçilik şəraitinin təmin edilməsinin vacibliyini və Ukraynanın təşəbbüsünün ərzaq təhlükəsizliyinə dair müvafiq bəndinin həyata keçirilməsində Türkiyənin aparıcı rolunu qeyd ediblər.
Görüş zamanı Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğanı Ukraynaya səfərə dəvət edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]