Volqoqradda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində beş nəfər həlak olub
Moskva, 1 mart, AZƏRTAC
Rusiyanın Volqoqrad vilayətində minik avtomobilinin yük maşınına çırpılması nəticəsində beş nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, hadisə Volqoqrad-Moskva yolunda baş verib. “Mitsubishi Outlander” minik maşınının “Volvo” yük maşını ilə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü və dörd sərnişini hadisə yerində ölüb. Həlak olanlardan ikisi qadındır. İlkin məlumata görə, minik avtomobili yay təkərləri ilə idarə olunub. Bu səbəbdən sürücü buzlu yolda idarəetməni itirərək qarşı yola çıxıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]