RƏSMİ XRONİKA
VYETNAM SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NQUYEN MİNH TRİETƏ
Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Vyetnam arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24 iyul 2007-ci il.