VYETNAMLI MÜTƏXƏSSİSLƏR AZƏRBAYCANDA İXTİSASARTIRMA KURSUNU BAŞA VURMUŞLAR
İnstitutun direktoru Elmira Ramazanova AZƏRTAC-ın müxbirinə demişdir ki, akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış ixtisasartırma kursu şirkətlə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. İnstitutun hazırladığı mühəndis kadrları nəinki Azərbaycanın, hətta Yaxın Şərq ölkələrinin, həmçinin Vyetnamın neft sənayesində ugurla çalışırlar.
Bu dəfə ixtisasartırma kursunda Azərbaycanın tanınmış alimlərindən akademik A.Mirzəcanzadə, professorlar A.Muradverdiyev, Ə.Əsədov, texnika elmləri namizədləri A.Məmmədov, A.Süleymanov, R.Məmmədzadə və A.Mustafayev “Yüksək böhranlı texnologiyalar tətbiq etməklə neftqazçıxarma proseslərinin effektliyinin artırılması”, “Azərbaycanın yanacaq-enerji kompleksinin vəziyyəti və perspektivləri”, “Texnoloji göstəricilər proqnozunun əsas prinsipləri”, “Neftqazçıxarmada informasiya qıtlığı şəraitində qərar qəbul olunması” və s. mövzularda mühazirələr oxumuşlar.
Kursu bitirən vyetnamlı mütəxəssislərə sertifikatlar verilmişdir.