İDMAN
WBC çempionu Tayson Fyuri titulunu qoruyub
Bakı, 4 dekabr, AZƏRTAC
Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri növbəti döyüşünü həmyerlisi Derek Çisora qarşı keçirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Londonda keçirilən döyüşdə T.Fyuri onuncu raundda rəqibini texniki nokautla məğlub edib. D.Çisora döyüş zamanı çoxlu zərbələr alıb və hakimin fikrincə, o artıq özünü müdafiə edə bilməyib.
Otuz üç yaşlı T.Fyurinin aktivində 34 qələbə və bir heç-heçə var. Onunla rəqibi Çisora isə karyerası ərzində 32 qələbə qazanıb, 13 dəfə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]
“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb
- 07.05.2024 [11:55]