DÜNYA
“Windows Phone” avtomobillərdə quraşdırılacaqdır VİDEO
Bakı, 8 aprel (AZƏRTAC). “Microsoft” korporasiyası “Windows Phone” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonu avtomobilin bort sistemi ilə sinxronlaşdırmağa imkan verən yeni “Windows in the Car” sistemini təqdim etmişdir.
Sistemin ilkin versiyası “Build 2014” konfransında nümayiş olunmuş və hazırda real avtomobillərdə sınaqdan keçirilir.
Yeni servis “Windows” sistemli smartfondakı təsviri avtomobilin bort sisteminin displeyində göstərməyə, eləcə də zənglər etməyə, əyləncəli servislərdən və kartoqrafik əlavələrdən istifadəyə imkan verəcəkdir.
ABŞ korporasiyasının sistemi “Nokia” şirkətinin hazırladığı və əksər nəhəng avtomobil şirkətləri (Honda, Toyota, Mazda, KIA, Hyundai, Renault, Peugeot Citroen, Volkswagen və s.) tərəfindən dəstəklənən “MirrorLink” standartına əsaslanır.