“Wired”: ABŞ İrana zərbələr zamanı süni intellekt sistemindən geniş istifadə edib
Bakı, 17 iyun, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyi İrana qarşı zərbələr zamanı İlon Maskın “xAI” kompaniyası tərəfindən hazırlanmış “Grok” adlı süni intellekt sistemindən geniş istifadə edib.
AZƏRTAC xəbər verir ki, “Wired” jurnalı bu barədə Pentaqonun rəqəmsal texnologiyalar və süni intellekt üzrə baş direktoru Kemeron Stenliyə istinadla məlumat yayıb. Məlumata görə, “Grok” artıq “Maven Smart Systems” proqramı çərçivəsində əməliyyatlara inteqrasiya olunub. Həmin proqram ilkin mərhələdə “Anthropic” şirkətinin “Claude” modeli əsasında fəaliyyət göstərib.
Kemeron Stenli “Grok” sisteminin əməliyyatın səmərəliliyini əhəmiyyətli dərəcədə artırdığını bildirib. Onun sözlərinə görə, sistem 96 saat ərzində minlərlə hədəfə zərbələrin planlaşdırılmasına imkan yaradıb.
Qeyd olunur ki, texnologiya kəşfiyyat məlumatlarının emalı və hərbi əməliyyatların dəstəklənməsi sahələrində geniş istifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]