“Woman Bazaar” – Dayanıqlı İnkişaf Festivalının ilkin mərhələsi sona çatıb
Bakı, 25 avqust, AZƏRTAC
“PAŞA Holding”in dəstəyi ilə “Gender Hub Azerbaijan” sosial platforması tərəfindən "Woman Bazaar” - Dayanıqlı İnkişaf Festivalının ilkin mərhələsi sona çatıb.
“Gender Hub Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, üçüncü dəfə həyata keçirilən festivalda 14-40 yaş aralığında olan 80 qadın sahibkar iştirak edib. Festival daha əvvəl keçirilmiş festivallardan fərqli olaraq bu dəfə 3 ayı - avqust, sentyabr, oktyabr və 3 mərhələni - “Təlim”, “Festival günləri”, “Mentorluq” əhatə edir.
Qeyd edək ki, təlimlər mərhələsindən sonra sentyabr ayı boyunca fəaliyyətlərinə birbaşa dəstək məqsədilə sahibkarlar mentorla təmin olunacaq və oktyabr ayının ilk həftəsi baş tutacaq satış sərgisinə nəzərəçarpan inkişafla alıcılar qarşısına çıxacaqlar.