REGİONLAR
Xaçmazda baş verən yol nəqliyyat hadisələri iki piyadanın ölümünə səbəb olub
Xaçmaz, 16 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonu ərazisində baş verən yol nəqliyyat hadisələri zamanı iki piyada dünyasını dəyişib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun İstisu qəsəbəsində yolu keçmək istəyən Xaçmaz şəhər sakini, 1961-ci il təvəllüdlü Nurməhəmməd Sabir oğlu Seyidəliyevi və Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İbrahim Arif oğlu Şahbazovu avtomobil vurub.
N.Seyidəliyev hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Şahbazov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Piyadanın vurulması ilə nəticələnən digər bir hadisə isə Xaçmaz şəhərinin Bakı prospektində qeydə alınıb. Hərəkətdə olan nəqliyyat vasitəsi yolu keçən piyada, 1965-ci il təvəllüdlü Oqtay Hüseynovu vurub. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktlarla bağlı araşdırma aparılır.