Xaçmazda keçirilən veloyürüşdə altmışdan çox həvəskar velosipedçi iştirak edib
Xaçmaz, 1 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliğ edən veloyürüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısından Zəfər parkınadək davam edən veloyürüşə 60 nəfərdən çox həvəskar velosipedçi qatılıb.
"Az avtomobil, çox həyat" devizi ilə keçirilən veloyürüşü Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edib.
Məşqçi müəllimlərin, həvəskar idmançıların və gənclərin də cəlb olunduğu tədbirin məqsədi insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, idmanın bu növünə marağının artırılması, gənclərin aktiv həyata cəlb etməkdir.