Xaçmazda narkotiklə əlaqədar 5 nəfər saxlanılıb VİDEO
Xaçmaz, 5 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslər rayon sakinləri Natiq Eyvazov, Xatinə Səfərəliyeva, Samir Mirzəyev, Vasif Əlimirzəyev və Quba rayon sakini Rahib Ramazanovdur.
Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə iki nəfər barəsində həbs qətimkan tədbiri, digər üç nəfər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.