XALQ RƏSSAMININ 125 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalq rəssamı Əzim Əzimzadənin 125 illik yubileyi münasibətilə tədbir keçiriləcəkdir.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, təhsil işçilərinin iştirak edəcəyi mərasimdə ölkəmizdə peşəkar rəssamlıq məktəbinin yaradılmasında müstəsna xidmətləri olan Ə.Əzimzadənin zəngin yaradıcılığı ilə bağlı məruzələr dinləniləcəkdir.
Müəllim və tələbələrin rəsm və əl işləri də nümayiş etdiriləcəkdir.