Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin yanvarı

Bakı, 13 iyul, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 yanvar. Prezident Heydər Əliyev Avropa Şurası Nazirlər Komitəsinin sədri İndulis Berzinşin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

6 yanvar. ABŞ Milli Demokratiya İnstitutunun nümayəndə heyəti ilə görüşdü.

8 yanvar. AŞPA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Parlament Assambleyasının, Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” monitorinq qrupunun nümayəndələrini qəbul etdi.

9-10 yanvar. Azərbaycana səfərə gəlmiş Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdü.

16 yanvar. TÜRKSOY-un XV toplantısının iştirakçılarını qəbul etdi.

NATO-nun Baş katibi Lord Corc Robertsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

19 yanvar. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdə iştirak etdi.

Milli Məclisin Strasburqa gedəcək nümayəndə heyətini qəbul etdi.

20 yanvar. Qanlı Yanvar faciəsinin 11-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət etdi.

23-27 yanvar. Fransada üçüncü rəsmi səfərdə oldu. Parisdə Prezident Jak Şirakla görüşdü.

Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonla danışıqlar apardı.

30 yanvar. Bakı şəhər rəhbərliyi və paytaxt rayonlarının icra hakimiyyəti başçıları ilə müşavirə keçirdi.

X X X

2001-ci il yanvarın 9-10-da Rusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfər etdi. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığı nəzərdə tutan bir sıra müqavilələr imzalandı. Onlardan ən əhəmiyyətlisi ikitərəfli münasibətlər haqqında Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlıq haqqında bəyanat idi. Birinci sənəddə qarşılıqlı əməkdaşlıqda dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, münaqişələrin dinc yolla həlli prinsipləri əks olunmuşdu. Xəzər dənizi ilə bağlı müqavilə ikitərəfli formada Xəzərə aid bütün məsələlərin danışıqlar yolu ilə beynəlxalq normalara uyğun həllini nəzərdə tuturdu. Bu razılaşma Rusiya və Azərbaycan arasında Xəzər dənizinin sektorlar üzrə bölünməsinə imkan yaratdı.

Heydər Əliyev yanvarın 9-da Vladimir Putinin səfəri münasibətilə təşkil olunmuş rəsmi qəbulda həmin sənədlərin əhəmiyyətinə diqqət çəkdi.

Sitat: Bəyannamədə qarşılıqlı münasibətlərimizin yeni prinsipləri öz əksini tapmışdır, başlıcası isə, o, Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq prinsiplərinin yeni səviyyəyə çıxmasını şərtləndirir. Biz bu sənədi yüksək qiymətləndirir və hesab edirik ki, o, münasibətlərimizin daha da genişlənməsi və dərinləşməsi üçün zəmindir. İmzalanmış sənədlər arasında Xəzər dənizində əməkdaşlıq haqqında birgə bəyanatın çox böyük əhəmiyyəti var. Bu, hər bir ölkənin milli mənafelərinə qeyd-şərtsiz riayət edilməsi əsasında bütün Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün yol açır. İqtisadi xarakterli digər sənədlərin də bizim üçün əhəmiyyəti böyükdür.

Ulu Öndər Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Moskvanın həlledici təsir göstərə biləcəyini də bəyan etdi, Rusiya və Azərbaycan arasında demək olar ki, bütün məsələlərə aydınlıq gətirildiyini bildirdi.

Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək Ulu Öndərin fəaliyyətində xüsusi yer tuturdu. O, Türk dünyasının birliyinə nail olmaq istiqamətində keçirilən tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edirdi. TÜRKSOY-un 2001-ci ilin yanvarında Bakıda keçirilmiş XV toplantısının iştirakçıları ilə görüşündə Heydər Əliyev təşkilatın fəaliyyətini yüksək qiymətləndirdi, eyni zamanda, diqqəti həllini gözləyən məsələlərə, o cümlədən dil məsələsinə yönəltdi: “Türkdilli Dövlətlər Birliyi yaranandan indiyə qədər TÜRKSOY təşkilatı hamıdan çox iş görmüş bir təşkilatdır. Bu da müəyyən qədər təbiidir. Mənim öz dilimizdə danışmağıma etiraz etmirsiniz? Çünki bəzən biz Mərkəzi Asiya dövlətlərində yığışanda rus dilində danışırıq. Orta Asiya nümayəndələri etiraz etmirlər ki, öz dilimizdə danışım? Bəli, bu təşkilatın əsas məqsədi birinci növbədə bizim tarixi keçmişimizi, köklərimizi, mədəniyyətimizi və bunların hamısının müştərək olduğunu yenidən araşdırmaq və bugünkü nəsillərə çatdırmaqdan ibarətdir. Çünki 70 illik sovet hakimiyyəti dövründə, bundan da öncə, təəssüflər olsun ki, türkdilli ölkələrin bir-biri ilə əlaqələri ya zəif olubdur, ya da olmayıbdır. ... Biz, məsələn, Mərkəzi Asiyada olan qardaşlarımızla daim əlaqədə idik, bir ölkənin tərkibində idik. Biz həmişə bir-birimizlə rusca danışırdıq və tarixi keçmişimizi, mədəniyyətimizi, onların dərin köklərini heç vaxt araşdırmırdıq. Amma indi biz müstəqillik əldə edəndən sonra və Türkiyə Cümhuriyyəti də bu sahədə çox dəyərli təşəbbüslərlə çıxış edəndən sonra türkdilli dövlətlər birliyi yaranıbdır. Bu birliyin də, yenə də deyirəm, ən əsas özəklərindən biri TÜRKSOY təşkilatıdır. Mən sizin gördüyünüz işləri yüksək qiymətləndirirəm”.

TÜRKSOY ilə əsası 1990-cı illərdə qoyulmuş əməkdaşlıq ildən-ilə daha da genişlənərək yeni məzmun kəsb etməyə başlayıb. 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi əlaqələrin yüksək səviyyəsinin bariz nümunələrindən biridir.

2001-ci il yanvarın 17-də Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. Yanvarın 19-da Prezident Heydər Əliyev Milli Məclisin Strasburqa gedəcək nümayəndə heyəti ilə görüşdü. O, respublikamızın Avropa Şurasına üzv qəbul edilməsi yolunda dəf edilmiş çətinlikləri xatırladaraq, dövlətimizin müstəqil xarici siyasət yürütdüyünü, öz yolundan bir addım belə geri çəkilməyəcəyini vurğuladı.

Sitat: Təəssüflər olsun ki, həm Azərbaycanın xaricində olan müxtəlif qüvvələr, hətta, bəlkə deyirəm, dövlətlər bizə maneçilik törədirdilər, həm də Azərbaycanın daxilindəki bəzi qüvvələr öz şəxsi mənafeləri naminə, şəxsi ambisiyalarını həyata keçirmək üçün müxtəlif şayiələr yayır, ayrı-ayrı nümayəndələrin beynini ölkəmizin vəziyyəti haqqında müxtəlif böhtan fikirlərlə dolduraraq Azərbaycanın Avropa Şurasına qəbul olunmasına əngəl törədirdilər. Yəqin ki, Azərbaycana gələn nümayəndələr ilə mənim danışıqlarımı mətbuatda, yaxud televiziyadan izləyə bilmisiniz. Mən hər dəfə onlara bildirmişəm ki, Azərbaycan xalqının mənliyi - milli mənlik, milli qürur - hər şeydən üstündür. Heç kəsə yalvarmayacağıq ki, bizi Avropa Şurasına qəbul etsinlər. Biz öz işimizi görürük ona görə yox ki, Azərbaycanı Avropa Şurasına qəbul etsinlər. Ona görə ki, biz tutduğumuz demokratik inkişaf yolu ilə qəbul etdiyimiz Konstitusiya əsasında gedirik və gedəcəyik.

Ulu Öndər nümayəndə heyəti ilə görüşündəki çıxışında dünyada mövcud olan ikili standartlardan da danışdı və ölkəmizin bundan çox əziyyət çəkdiyini vurğulayaraq dedi ki, Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, o qədər də Azərbaycan Avropa Şurasına lazımdır.

Prezident Heydər Əliyev 2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi İlə əlaqədar Strasburqda keçirilən mərasimdə, Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışlar etdi. Ulu Öndər sessiyada çıxışında da beynəlxalq aləmdə ikili standartların yolverilməz olduğunu bəyan etdi və bunun acınacaqlı nəticələrini diqqətə çatdırdı.

Sitat: Bu gün qanunun və insan hüquqlarının aliliyi prinsipləri ilə yaşayan vahid Avropada münaqişələr baş verir, suveren dövlətlərin əraziləri işğal olunur, etnik təmizləmə aparılır, dinc əhali doğma yurd-yuvalarından qovulur. Təcavüzlə razılaşmaq, hüquqazidd hərəkətlərin nəticələrini tanımaq, beynəlxalq birliyin vaxtında lazımi tədbirlər görməməsi faciələrə gətirib çıxarır, suveren dövlətlərin dayaqlarını sarsıdır, humanitar fəlakətlərə səbəb olur.

Vahid Avropada ikili standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdir və bütün münaqişələrə eyni dərəcədə ciddi və prinsipial münasibət göstərilməlidir.

Azərbaycan Respublikası qonşu Ermənistanın genişmiqyaslı hərbi təcavüzünün qurbanı olmuşdur. Ermənistan ərazimizin 20 faizini işğal edibdir və orada özünün hərbi gücünü artırmaqdadır. Ermənistan silahlı qüvvələri tərəfindən yurd-yuvasından qovulmuş bir milyon azərbaycanlı 8 ildən çoxdur ki, dözülməz şəraitdə, çadırlarda əzab-əziyyət içində yaşayır. Dünyanın heç bir yerində belə dəhşətli vəziyyət yoxdur. Amma təəssüflər olsun ki, dünya birliyi bu faciəyə biganədir.

Azərbaycan Prezidenti Heydər Əliyev Fransaya rəsmi səfəri çərçivəsində, həmçinin Prezident Jak Şirakla görüşdü. Ulu Öndər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Fransanın da həmsədr olduğu ATƏT-in Minsk qrupundan gözləntilərini diqqətə çatdırdı, eyni zamanda, Fransa parlamentində “erməni soyqırımı” barədə qəbul edilən sənədlər barədə tənqidi fikirlərini söylədi.

Təəssüf ki, Fransa bu gün də Türk dünyasına, o cümlədən Azərbaycana qərəzli münasibəti davam etdirir. Prezident İlham Əliyev iyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı vurğuladı ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək