Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin martı

Bakı, 12 sentyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

2 mart. Prezident Heydər Əliyev görkəmli musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Azərbaycana gətirilmiş vaksinlərin təqdim olunması mərasimində iştirak etdi.

3-4 mart. Mstislav Rostropoviçə “İstiqlal” ordeni təqdim etdi və onun 75 illiyi şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.

6 mart. Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti və Sərhəd Qoşunlarının dəstə rəisləri ilə görüşdü.

7 mart. Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi.

14 mart. Avropa “Top-komanda“ kuboku yarışlarının qalibi olan “Azərreyl” qadın voleybol klubunun üzvlərini qəbul etdi.

16 mart. ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyinə həsr olunmuş tədbirdə nitq söylədi.

19 mart. Bakı şəhərindəki uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın, kimsəsiz və şəhid ailələrindən olan uşaqlar üçün Respublika sarayında təşkil edilən Novruz şənliyində iştirak etdi.

21 mart. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak etdi.

22 mart. “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatının təqdim olunmasına həsr edilmiş mərasimdə çıxış etdi.

26 mart. ABŞ nümayəndə heyəti ilə görüşdü.

31 mart. Şəhidlər xiyabanını ziyarət etdi.

X X X

Prezident Heydər Əliyevi maestro Mstislav Rostropoviçlə səmimi dostluq telləri bağlayırdı. Hələ 1970-ci illərin əvvəllərində, SSRİ-də Mstislav Rostropoviçə çox soyuq münasibət bəslənildiyi bir vaxtda Heydər Əliyev Azərbaycanın rəhbəri vəzifəsində çalışarkən onu Azərbaycana dəvət etmişdi. Bununla da zəmanəmizin iki görkəmli şəxsiyyəti arasında böyük dostluğun təməli qoyulmuşdu.

“Əziz dostum Slava!”- Prezident Heydər Əliyev öz böyük həmvətəninə belə müraciət edirdi. Onların illər uzunu davam edən dostluğu Azərbaycanın xeyrinə işləyir, dünyaşöhrətli musiqiçi ölkəmiz haqqında həqiqətlərin dünyaya yayılmasında sidq-ürəkdən iştirak edirdi.

2002-ci ilin martında Mstislav Rostropoviçin təşəbbüsü ilə Azərbaycana uşaqlar üçün vaksinlər gətirildi. Ulu Öndər vaksinlərin təqdim edilməsi mərasimindəki çıxışında bu nəcib təşəbbüsə və yardıma görə görkəmli musiqiçiyə təşəkkürünü bildirdi. Onu Azərbaycanın yaxın dostu və insan haqları uğrunda mübarizənin çox böyük bir nümayəndəsi kimi səciyyələndirdi.

Martın 3-də Mstislav Rostropoviçə ölkəmizin ali dövlət mükafatı - “İstiqlal” ordeni təqdim edildi. Heydər Əliyev mərasimdəki nitqində onun Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərini, müstəqil ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirdi.

Sitat: “Siz Azərbaycana təkcə mədəniyyətimizin inkişafına, incəsənətimizə kömək etməklə böyük diqqət yetirmirsiniz. Siz həm də ölkəmiz haqqında həqiqəti, Azərbaycan xalqı haqqında həqiqəti, müstəqil dövlətimiz haqqında həqiqəti, bugünkü real həyatımız haqqında həqiqəti bir çox ölkələrdə yayırsınız. Qaçqınların çadır şəhərciklərinə şəxsən getdiyinizə, onların necə çox ağır şəraitdə yaşadıqlarını gördüyünüzə, Dağlıq Qarabağ üstündə Ermənistanla Azərbaycan arasındakı münaqişənin necə məşəqqətli nəticələrə gətirib çıxardığının və Azərbaycan xalqının erməni təcavüzündən, bu münaqişədən necə böyük zərər çəkdiyinin şahidi olduğunuza görə Sizə təşəkkür edirəm”.

Ulu Öndər müstəqilliyin əsas amillərindən biri olan dövlət sərhədinin qorunmasına xüsusi diqqət yetirirdi. Martın 6-da Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti və Sərhəd Qoşunlarının dəstə rəisləri ilə görüşən Heydər Əliyev qarşıya sərhədlərin mühafizəsini daha da gücləndirmək, Sərhəd Qoşunlarının şəxsi heyətinin fiziki-mənəvi sağlamlığını möhkəmləndirmək kimi həlli vacib vəzifələr qoydu. Eyni zamanda, diqqəti 2001-ci ilin sentyabrında ABŞ-da törədilmiş dəhşətli terror aktlarına yönəldərək beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğuladı: “Beynəlxalq terrorizmlə mübarizə həmişə aktual vəzifə olubdur. Ancaq ötən il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda baş vermiş dəhşətli terror hadisələrindən sonra beynəlxalq terrorizmin bütün bəşəriyyət üçün, bütün dünya üçün nə qədər təhlükəli olduğu bir daha aşkar oldu və təbiidir ki, bununla əlaqədar beynəlxalq terrorizmlə mübarizə güclənməlidir”.

ABŞ-dakı 11 sentyabr hadisələrindən dərhal sonra Azərbaycan beynəlxalq terrorizmə qarşı öz etiraz səsini ucaltmış və bu mübarizədə Amerika Birləşmiş Ştatları ilə bir alyansda olduğunu bəyan etmişdi. Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə bu bərədə danışan Ulu Öndər iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini məmnunluqla qeyd edərək dedi: “Azərbaycan bu on il müddətində öz müstəqilliyini qoruyub saxlayıb, iqtisadi cəhətdən, siyasi cəhətdən və bütün başqa əlamətlərinə görə güclü bir dövlətə çevrilibdir. On il ərzində biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizi daim inkişaf etdirmişik. Bu əlaqələr genişlənir, dərinləşir və demək olar ki, bütün sahələri əhatə edir. Bu əlaqələrin inkişaf etməsinin səbəbi təkcə bizim istəyimiz, arzumuz deyil, eyni zamanda, Amerika Birləşmiş Ştatları hökumətinin də Azərbaycan ilə əlaqələri genişləndirmək, inkişaf etdirmək niyyətləridir”.

Ermənistanın təcavüzkar siyasətinin dövlət səviyyəsində ifşası, Azərbaycan xalqına qarşı zaman-zaman törədilən soyqırımı faktlarının ictimailəşdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident Fərmanına əsasən, 1998-ci ildən etibarən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlandı. Bununla bağlı xalqa 2002-ci ilin martında etdiyi növbəti müraciətində Heydər Əliyev müasir dövrümüz üçün də xüsusi aktuallıq kəsb edən bir sıra məqamları diqqətə çatdırdı.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətdən

• Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq idi. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilmiş və onun gerçəkləşdirilməsi istiqamətində xüsusi cəhdlər göstərilmişdir. Xalqımızın çoxəsrlik tarixi kobudcasına təhrif olunmuş, ermənilərin tarixi qədimləşdirilmiş və şişirdilmişdir. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulmuş, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılmış, Azərbaycan toponimləri erməniləşdirilmişdir.

• Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. Keçmiş Rusiya imperiyası və İran arasında gedən müharibə nəticəsində Azərbaycanın bölüşdürülməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə Çar Rusiyasının və bolşeviklərin köməyi ilə erməni daşnaklarının törətdiyi qırğınlar, 1920-ci illərdə ərazilərimizin hissə-hissə Ermənistana verilməsi, 1948-1953-cü illərdə sovet hökumətinin qərarı ilə soydaşlarımızın Ermənistandan deportasiyası vahid bir planın tərkib hissəsi kimi, xüsusi ssenari ilə aparılmışdır. Bunun ardınca, 1980-ci illərin sonunda Dağlıq Qarabağ millətçilərinin Ermənistan və SSRİ rəhbərliyinin təhriki ilə qızışdırılan separatçı çıxışları, bunların sonradan əsl irimiqyaslı müharibəyə çevrilməsi, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı - bütün bunlar “böyük Ermənistan” xülyası ilə yaşayan davakar erməni şovinistlərinin və onların himayəçilərinin Azərbaycan xalqına vurduğu yaraların tam olmayan siyahısıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hind okeanında güclü zəlzələ baş verib

ABŞ qüvvələri İranla əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib

Kanada və Fransa kosmik infrastrukturu birgə inkişaf etdirəcək

“Axios”: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı istəyib

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb  FOTOLAR  VİDEO

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO

Zelenski Trampla Nyu-Yorkda görüşəcək

Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb