XARİCDƏ YAŞAYAN SOYDAŞLARIMIZLƏNKƏRANLILARA BAYRAM SOVQATI GÖNDƏRMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Brüsseldəki Azərbaycan diasporunun rəhbəri Bülənd Gürcan Belçikadakı “Dostluq” cəmiyyətinin və “Səfəvilər” birliyinin xətti ilə Lənkərana gələrək, xaricdə yaşayan soydaşlarımızın bayram sovqatını rayonun aztəminatlı ailələrinə və internat məktəblərinin şagirdlərinə çatdırmışdır.
Xaricdə yaşayan soydaşlarımızın vəsaiti ilə rayonda 35 baş qurbanlıq qoyun kəsilərək, müxtəlif ərzaq yardımı ilə birlikdə imkansız ailələrə paylanmışdır.