Xarici İşlər Nazirliyi diplomatların Gəncəyə, Samuxa və Göygölə tanışlıq səfərlərini təşkil edib
Bakı, 2 aprel, AZƏRTAC
Xarici İşlər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin 60-dan çox nümayəndəsinin aprelin 2-3-də Gəncə şəhərinə, Samux və Göygöl rayonlarına tanışlıq səfərlərini təşkil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi diplomatların Azərbaycan regionlarının inkişafı ilə tanış olmaları və bu xüsusda onların ölkəmizin bölgələrində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlandırılmalarıdır.
Səfər çərçivəsində diplomatlar Gəncə şəhərində Heydər Əliyev park-kompleksi, Nizami Gəncəvi məqbərəsi, İmamzadə ziyarətgah kompleksi və Gəncə avtomobil zavodu ilə tanış olacaqlar. Onlar, həmçinin Samux rayonunda “AqroEnerji” kompleksi və “Aqro Diary” MMC, Göygöl rayonunda alman mədəni irsi, Göygöl Milli Parkı və şərab zavodu ilə tanış olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]