Xarkova kütləvi hava hücumu olub, 46 nəfər xəsarət alıb VİDEO
Kiyev, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-na keçən gecə Ukraynanın Xarkov şəhərinə edilən hava hücumu nəticəsində azı 46 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya ordusunun zərbə dronlarının hücumu nəticəsində Xarkovda yaşayış binalarında yanğın və dağıntılar qeydə alınıb. Osnovyanski rayonunda çoxmərtəbəli binanın yaxınlığında 10 avtomobil yanıb. Dövlət Xidmətinin xilasediciləri binadan 3-ü uşaq olmaqla 51 nəfəri xilas ediblər. Slobidski rayonunda qarajlar, avtomobillər və üçmərtəbəli fərdi biznesin dam örtüyü yanıb. Pərakəndə satış obyektinə də ziyan dəyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev