İDMAN
“XƏZƏR–LƏNKƏRAN” KOMANDASI GÜMÜŞ MEDALLARLA MÜKAFATLANDIRILDI
Mərasimdə çıxış edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Ramiz Mirzəyev, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin respublikamızda futbola diqqət və qayğısından danışmış və bunun təzahürü olaraq Azərbaycanda futbolun 2005-2015-ci illərdə inkişafına dair təsdiq etdiyi dövlət proqramının yaxın 10 ildə ölkədə bu idman növünün daha da inkişafına təkan verəcəyini vurğulamışdır.
Natiq son illər idmanın bütün sahələrində, eləcə də, futbolda böyük irəliləyiş əldə edildiyini, çempionatda təmsil olunan futbol komandalarının maddi-texniki bazasının ildən-ilə möhkəmləndiyini, oyunçuların peşəkarlığının artdığını və yarışların yüksək səviyyədə keçirildiyini bildirmişdir.
AFFA prezidenti mükafatları klubun rəhbərliyinə, məşqçi və oyunçularına təqdim etmişdir. Mərasim konsert proqramı ilə başa çatmışdır.