Xəzər rayonunda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Şağan Olimpiya İdman Kompleksində Xəzər Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş əl işlərindən ibarət sərgi açılıb, orta ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol turnirinin final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin nəticələrinə görə, 26 saylı tam orta məktəbin komandası I, 156 saylı tam orta məktəbin komandası II, 149 saylı tam orta məktəbin komandası isə III yeri tutub.
Həmçinin bir qrup bədən tərbiyəsi və idman müəllimləri, məşqçilər göstərdikləri səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar.