Xəzər Universitetində “UniLab” layihəsi çərçivəsində müzakirələr aparılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Xəzər Universiteti İnkişaf Mərkəzində “UniLab” layihəsi çərçivəsində onlayn müzakirə təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müzakirənin əsas mövzusu universitet-biznes əməkdaşlığının genişləndirilməsi, tələbələrin təcrübə proqramlarının təşkili və maraqlı tərəflərin ehtiyaclarına uyğun olaraq kurikulumların yenidən hazırlanması məsələləri olub.
MS Teams proqramı vasitəsilə keçirilən tədbirdə “UniLab” layihəsi, onun məqsədləri və tərəfdaşları haqqında məlumat verilib.
Görüşdə Xəzər Universitetinin əməkdaşları ilə yanaşı, Azərbaycan Mərkəzi Bankı, “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı, “Baktelekom”, SOCAR və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə işəgötürənlərin təcrübə keçən tələbələrdən gözləntiləri, şirkətlərin yarada biləcəyi imkanlar və s. məsələlərdən danışılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [13:30]
Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi
- 25.05.2026 [13:16]
BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar
- 25.05.2026 [12:53]
Özbəkistanın tanınmış alim və ədibləri Ədəbiyyat Muzeyinin qonağı olublar
KLİK Proqramı 6 ay davam edəcək
- [13:00]
Əlincə qalasında “Turan marşı”
- [12:37]
Bu saata olan əsas xəbərlər
- [12:00]