Xəzər Universitetinin layihəsi “Erasmus+ Jean Monnet Module” üzrə qrant qazanıb
Bakı, 31 iyul, AZƏRTAC
Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayevin və departamentin müəllimi Zibər Hüseynovanın müəllifi olduğu “Avropa İttifaqının tələbələrə simulyasiya oyunları vasitəsilə öyrədilməsi” layihəsi “Erasmus+ Jean Monnet Module” üzrə qrant qazanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qrant üçün bu il 1315 müraciətçi arasından 251 layihə qalib olub. Qrant ali təhsil müəssisələrində Avropa İttifaqı üzrə fənlərin tədrisini nəzərdə tutur. Modulun əsas məqsədi gənc tədqiqatçıları və alimləri Avropa İttifaqı ilə bağlı tədris və tədqiqata təşviq etmək və məzunların peşəkar karyerasına fayda verə biləcək xüsusi tədris fənlərini yaratmaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]