Xəzər Universitetinin müəllimi arxeoloji tədqiqatlarda
Bakı, 5 avqust, AZƏRTAC
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Paleolit arxeoloji ekspedisiyası”nın tərkibində Quba-Qusar rayonlarında arxeoloji kəşfiyyat işlərində iştirak edib.
Bu barədə AZƏRTAC-a Xəzər Universitetindən məlumat verilib. Bildirilib ki, həmin rayonların ərazisindən alt və orta paleolit dövrünə aid beşdən artıq yeni paleolit tapıntı yeri qeydə alınıb.
Y.Məmmədov işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində yerləşən Azıx və Tağlar mağaralarında da olub. Qeyd edək ki, yaxın müddətdə burada tədqiqat aparılması nəzərdə tutulur.