XƏZƏRDƏ BİRGƏ LAYİHƏ HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu ABŞ-ın Miçiqan ştatındakı Vayn Universitetinin Geoloji Departamenti ilə birlikdə Xəzər dənizində 2 illik elmi tədqiqat işlərinə başlamışdır. Layihənin məqsədi ölkəmizin ərazisindən axıb Xəzərə tökülən çaylarda izotopların köməyi ilə orqanik və qeyri-orqanik maddələrin - nutriqentlərin paylanmasını öyrənməkdir. Bu maddələr dənizin flora və faunasının qidalanmasında mühüm rol oynayır.
Layihə çərçivəsində İnstitutun bir qrup nümayəndəsi ABŞ Universitetinə ezam ediləcəkdir. Azərbaycanda ilk dəfə aparılan bu geoloji araşdırmalar ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun qrantı hesabına həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]