Xəzərin Azərbaycan sektorunda kefal balıqlarında virus olub-olmaması ilə bağlı məsələ araşdırılır
Bakı, 26 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Mərkəzi Xəzərin Azərbaycan sektorunda kefal balıqlarında virus olub-olmaması ilə bağlı məsələni araşdırır. Ancaq hələlik tədqiqatın nəticələri məlum deyildir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə müsahibəsində demişdir.
Nazir qeyd etmişdir: “Belə təsəvvür yaranıb ki, Xəzərin Azərbaycan sektorunda bu hal hələlik kütləvi xarakter daşımır. Eyni zamanda, ehtimal olunur ki, bütövlükdə balansın pozulmasının konkret təzahürü olan kefal balığı yırtıcı balıq olsa da, onu ovlayan digər balıqlar da vardır. Bu balans pozulanda onların sayı çoxala bilir”.
Diqqətə çatdırılmışdır ki, təbiətdə də müəyyən xəstəliklər ola bilər. Onlara qarşı kəskin mübarizə tədbirləri aparılmalıdır.
H.Bağırov vurğulamışdır ki, hazırda Xəzərin mövcud problemi dənizin resurslarının tükənməsidir. Prezident İlham Əliyev Xəzərin statusu ilə bağlı sammitdə ən qiymətli balıq növü olan nərəkimilərin sənaye ovuna moratoriumun qoyulması təklifini dəstəklədi. Ancaq əfsuslar olsun ki, Xəzər hövzəsi ölkələri ilə bununla bağlı aparılan danışıqlarda hələ də konkret nəticə əldə olunmamışdır. Azərbaycan isə birtərəfli qaydada buna riayət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]