Xidmət rəisi: Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır
Bakı, 27 oktyabr, AZƏRTAC
Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeron kanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılan maralın həyatı təhlükəsi yoxdur.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, kanaldan çıxarılan maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvil verilib və milli parkın İsmayıllı bölməsinə gətirilib.
“Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyəti normaldır və nəzarət altında saxlanılır”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]