“XIII post” layihəsi çərçivəsində hazırlanan eyniadlı qısametrajlı film ictimaiyyətə təqdim olunub
Bakı, 30 mart, AZƏRTAC
“İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “XIII post” layihəsi çərçivəsində hazırlanan eyniadlı qısametrajlı film ictimaiyyətə təqdim edilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi bugünkü gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların Vətənə bağlılığının gücləndirilməsi ilə bərabər bundan gələcək nəsillərin də faydalanmasına şərait yaratmaqdır.
Vətən müharibəsi hadisələri ilə bağlı hazırlanan, könüllülərin iştirakı ilə çəkilən filmin ssenari müəllifi və rejissor Fərid Zülfüqardır. Filmin çəkilişləri Mingəçevir və ətraf ərazilərdə reallaşıb.
Filmi “YouTube” kanalımıza keçid edərək izləmək mümkündür: https://www.youtube.com/watch?v=zTEhWJIZHXE