Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı qətliamı günahsız azərbaycanlıların qəddarlıqla qətlə yetirildiyi çox dəhşətli faciədir

Təl-Əviv, 26 fevral (AZƏRTAC). Xocalı qətliamı günahsız azərbaycanlıların - uşaqların, qadınların və qocaların qəddarlıqla qətlə yetirildiyi çox dəhşətli faciədir. Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını tanımalıdır.

Bu fikir Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar fevralın 25-də İsraildə keçirilmiş anma mərasimində səsləndirilmişdir.

AZƏRTAC xəbər verir ki, fevralın 25-də Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Diaspor Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyasının dəstəyi, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (AzİZ) və AZƏRTAC-ın təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı anma mərasimi keçirilmişdir.

Tədbirin keçirildiyi binanın foyesində Xocalı faciəsindən bəhs edən fotosərgi açılmışdır.

Sərgidə Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar hazırladığı fotostendlər, nəşr etdirdiyi kitablar, broşürlər, audio-video materiallar, AZƏRTAC-ın təqdim etdiyi fotoşəkillər nümayiş etdirilmişdir.

Tədbir iştirakçıları faciəni əks etdirən fotoşəkillərə ürəkağrısı ilə baxmış, ermənilərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərdən dəhşətə gəlmişlər.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin, İsrail parlamentinin deputatları, İsrail Dövlətinin və hökumətinin üzvləri, Təl-Əvivdəki Türkiyə, Qazaxıstan, Özbəkistan, Bosniya və Herseqovina, Rumıniya və digər ölkələrin səfirliklərinin, Şimali Kipr Türk İcmasının nümayəndələri, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman çıxış edərək tədbirin əhəmiyyətindən danışmışdır. O demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda keçmiş sovet erməni hərbi birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşi soyqırımı aktı dünya tarixinə qanlı hərflərlə yazılmışdır.

Ermənistan silahlı qüvvələri və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisindəki Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın birgə həyata keçirdikləri bu soyqırımının statistikası yüzlərlə insanı əhatə edir. Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Günahsız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülmüş, başları kəsilmiş, gözləri çıxarılmış, dərisi soyulmuş, süngüyə taxılmışdır. Erməni işğalçılarının Xocalıda törətdikləri qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq əlil olmuşdur.

Təl-Əvivdəki Dağ Yəhudiləri Sinaqoqunun ravini Şmuel Siman Tov şəhidlərin ruhuna dua oxumuşdur.

Ravin Xocalı soyqırımı qurbanlarının xatirəsinin əziz tutulmasını yüksək qiymətləndirmiş və demişdir ki, tarixdə bir neçə soyqırımı olmuşdur. Yəhudilər bu acını yaşamışlar və bu baxımdan azərbaycanlıların dərdini anlayır və şərik çıxırlar.

İsrail hökumətinin üzvü, absorbsiya (məskunlaşma, miqrasiya) naziri Sofi Landver Azərbaycan ilə İsrail münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini və bunun hər iki xalqın milli maraqlarına cavab verdiyini bildirmişdir.

Çıxışında Xocalı soyqırımına geniş yer verən S.Landver demişdir ki, bu, Azərbaycan xalqına qarşı əsl cinayətdir və təəssüf ki, dünya ictimaiyyəti hələ də faciəyə lazımi qiymət verməmişdir. Həm İsrail, həm də Azərbaycan xalqı böyük faciələr yaşamışlar. Biz azərbaycanlı qardaşlarımızın bu ağrısını yaxşı anlayırıq və hər zaman Azərbaycanın yanındayıq.

Xocalı soyqırımını kəskin şəkildə pisləyən nazir demişdir ki, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dair qərar və qətnamələri yerinə yetirilməli, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov

İsrail-Azərbaycan əlaqələrinin inkişafının əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, biz Xocalı məsələsində də İsrail Dövlətinin dəstəyini daim hiss etmişik. Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərin inkişafına böyük önəm verir. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Ümid edirik ki, diaspor təşkilatlarımız bundan ən geniş surətdə istifadə edəcək, nəinki iki ölkə arasında, eləcə də Azərbaycanın digər ölkələrlə də əlaqələrinin inkişafına çalışacaqlar.

Azərbaycanın mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdən danışan F.Muradov bu işdə Heydər Əliyev Fondunun, xüsusən də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu yüksək dəyərləndirmişdir.

Xocalı soyqırımından danışan deputat demişdir ki, bu il 80-dən çox ölkədə anma tədbirləri keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu soyqırımına beynəlxalq aləmdə hüquqi, siyasi qiymət verilməsi üçün yetərincə imza toplamışdır. İnanırıq ki, xarici ölkələrdəki diaspor təşkilatlarımız, eləcə də AzİZ-in dəstəyi ilə biz Xocalı soyqırımının dünyada tanıdılmasına nail olacağıq.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış “Sonu görünməyən dəhliz” sənədli filmi nümayiş etdirilmişdir.

Filmdən sonra çıxış edən AzİZ-in prezidenti Aleks Miller demişdir ki, bu faciədən 21 il keçməsinə baxmayaraq azərbaycanlılar, eləcə də əslən Azərbaycandan olan yəhudilər Xocalı qətliamının adı gələndə ürəkağrısı keçirir, bu acını unuda bilmirlər. Bu filmə ürəkağrısı ilə baxdıq. Bizim fikrimizcə, bu, təkcə hərbi cinayət deyil, həm də erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən etnik təmizləmə idi.

Sonra digər çıxış edənlər Xocalı soyqırımı barədə hazırlanmış filmlə bağlı təəssüratlarını bölüşmüşlər. Bildirmişlər ki, sivil dünyanın gözü qarşısında Ermənistan tərəfindən törədilən bu soyqırımı hər yerdə kəskin pislənilməli, Azərbaycanın işğal altında olan əraziləri azad edilməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan yaradılmalıdır. Beynəlxalq ictimaiyyət Azərbaycana bu istiqamətdə dəstəyini daha da artırmalıdır.

İsraildəki Azərbaycan Mədəni Mərkəzinin direktoru Yeganə Salman, tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna, STENGİ Fonduna, AZƏRTAC-ın rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Tədbir “Yediot Ahronot”, “Jerusalem Post”, “Maariv” qəzetlərində, eləcə də Türkiyənin “TRT-Türk” kanalında geniş işıqlandırılmışdır.

Xətayi Əzizov

AZƏRTAC-ın müxbiri

Təl-Əviv

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb