Xocalı soyqırımı qan yaddaşımızdır
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycan Turizm İnstitutunda (ATİ) Xocalı faciəsinin 21-ci ildönümü böyük hüznlə qeyd edilmişdir.
ATİ-nin müəllim və tələbələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş və əklil qoymuşlar.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ATİ-də ilk dərslər Qarabağın tarixi, ötən əsrdə ermənilərin dəfələrlə xalqımıza qarşı törətdikləri vəhşiliklər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini şərtləndirən səbəblərə həsr olunmuşdur.
Dərslərdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, eyni zamanda, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçiləri tərəfindən xalqımıza qarşı törədilən dəhşətli cinayətlərdən danışılmış, gəncləri Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırmışlar.
Tələbələr də indiyədək bu bəşəri cinayətə hüquqi-siyasi qiymətin verilmədiyinə öz münasibətlərini bildirmişlər.
“ATİ media”da fevralın 24-dən başlayaraq Xocalı faciəsinə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]