Xocavənd qəsəbəsində 200-dən çox ağac əkilib
Beyləqan, 17 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər iştirak ediblər. Aksiya zamanı Xocavənd qəsəbəsində 200-dən çox meyvə ağacı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.