Xocavənd qəsəbəsində Bayraq meydanı inşa edilmişdir
Beyləqan, 5 noyabr (AZƏRTAC). Xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində Bayraq meydanının tikintisi başa çatmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bir hektar sahəni əhatə edən meydanda 65 metr hündürlüyü olan dirəyə Dövlət bayrağımız asılmışdır. Meydanda fəvvarə, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılmış, yaşıllıqlar salınmışdır.