Xocavənd, 20 sentyabr, AZƏRTAC
Bu gün Xocavənd Şəhəri Günü münasibətilə möhtəşəm atəşfəşanlıq təşkil olunub.
AZƏRTAC xəbər verir ki, musiqi sədaları altında bir-birini əvəz edən al-əlvan işıq kompozisiyaları bayram ovqatını daha da yüksəldərək günün təntənəli ab-havasını tamamlayıb.