XU SZİNTAO ÇİN MÜSƏLMANLARI QARŞISINDA ÇIXIŞ ETMİŞDİR
AZƏRTAC Müstəqil İslam İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının sədri Xu Szintao ÇXR-in müsəlman icması liderlərinə müraciət edərək onları ölkə iqtisadiyyatının modernləşdirilməsinə bacardıqları köməyi göstərməyə çağırmışdır. Çin lideri, həmçinin, müsəlmanlardan xahiş etmişdir ki, ölkə ümməsinin üzvləri arasında sosial təminat proqramının gerçəkləşdirilməsinə kömək göstərsinlər.
Xu Szintao belə bəyanatlarla Çinin İslam Liqasının təşkil etdiyi və bu günlərdə başa çatmış ÇXR Müsəlman Konfransının səkkizinci sessiyasının nümayəndələri qarşısında çıxış etmişdir.