Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xudafərin körpüsü düşmən işğalından 27 il sonra itki verilmədən azad edildi VİDEO

AZƏRTAC-ın müxbirləri Xudafərin əməliyyatının iştirakçılarından bir neçəsi ilə həmsöhbət olublar

Cəbrayıl, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-i Azərbaycan xalqı üçün önəmli tarixlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı 70 ildən sonra əsarət zəncirlərindən xilas olaraq müstəqilliyini bərpa etdi. Ötən il 18 oktyabr tarixində isə daha bir işğalın tilsimi qırıldı. Bu dəfə isə 27 ildən sonra. Məhz həmin tarixdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti müjdəli xəbəri bayramı bayrama caladı. Prezident İlham Əliyevin tviter səhifəsində paylaşdığı “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” tviti ölkəmizdə xüsusi coşqu ilə qarşılandı.

AZƏRTAC-ın müxbirləri Cəbrayıl rayonuna yollanaraq tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin (DSX) bir neçə hərbi qulluqçusu ilə məhz Xudafərin körpüsünün yanında həmsöhbət olublar.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrinin zabiti kapitan Sənan Mirzəliyev Xudafərin körpüsünün azad edilməsi əməliyyatından danışaraq deyib: “Xudafərinin azad olunmasına Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətindəki tapşırıqla başladıq. Bu kənd istiqamətində mövqeləndikdən sonra komandirimiz tapşırığı qəbul etdi. Tapşırığa uyğun olaraq qrupumuz ilkin dozor qrupu kimi fəaliyyətə başladı. Buraya gəldiyimiz marşrut üzərində relyef çox çətin idi. Bu ərazilərdəki yüksəkliklərdə düşmənin mövqeləri var idi. Tapşırığımız bu ərazilərdə olan yüksəkliklərin götürülməsi olduğu üçün çalışırdıq ki, düşmən mövqelərindən yan keçək. Ona görə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunurdu və rabitə vasitələri ilə yönləndirilirdik. Düşmənin müəyyən qruplarından yan keçərək bu yüksəkliklərin üzərinə gəlib yerləşdik. Biz ilkin dozor qrup kimi gəlmişdik. Ümumiyyətlə, bu əraziyə giriş iki istiqamətdən oldu. Bir qrup sol tərəfdən daxil oldu. Biz isə sağ tərəfdən dağların arası ilə gəldik. Yüksəkliklərdə mövqelənəndə gecə idi və gözləməyə başladıq. Həm də ərazinin müşahidəsini təşkil etdik. Burada Araz kənarında olan zastavalar yerləşirdi və xilas edilməmişdi. Qarşıda bir zastava var idi və növbəti tapşırıq gəldi ki, həmin zastavanı müşahidə edib heyətin sayını, məlumatları verək və ona uyğun qərar qəbul olunsun. Hava işıqlanandan sonra bizə zastava istiqamətində irəliləmək tapşırığı gəldi və ondan sonra həmin istiqamətdə irəliləməyə başladıq. Zastavanı götürdükdən sonra Araz kənarına, yəni, bu əraziyə doğru hərəkət etdik. Biz buraya gələndə bizim yüksəklikdə qalan qruplarımız da oldu. Onlar bizim təhlükəsizliyimizi təmin edirdilər. Çünki bu ərazi düzənlik olduğundan yuxarıdan müşahidəni təşkil etmədən burada hansısa tapşırığı icra etmək çətin idi. Bəzi qruplarımız yüksəklikdən mühafizəni təşkil etdi və pusqu əməliyyatını icra etdilər. Biz də bu əraziyə düşüb düşməni qovub çıxardıq”.

Uğurlu Xudafərin əməliyyatının önəmindən danışan zabit bildirib: “Burada icra etdiyimiz əməliyyat uğurlu əməliyyatlarımızdan biri idi. Həm ərazimizi azad etdik, həm də bu əraziyə itkisiz daxil olduq. Bundan sonrakı tapşırıqlarda döyüş yoldaşlarımızdan şəhadətə yüksələnlər oldu. Azad etdiyimiz ərazidə bir ildən sonra yenidən olmaq tamamilə başqa hissdir. Bundan sonsuz fəxr və qürur hissi duyuruq. Döyüş əməliyyatlarını yüksək peşəkarlıqla icra etdiyim üçün Prezident, Müzəffər Ali Baş Komandan tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişəm. Bəzi xatirələr insanın gözündə canlanır. Yoldaşlarımızı xatırlayırıq, hansı ki, indi onlar aramızda yoxdurlar”.

DSX-nin Çevik Hərəkat Qüvvələrinin zabiti baş leytenant Elgün Ağayev isə həmin döyüşlər barədə xatirələrini bölüşərkən deyib: “İlkin tapşırığımız müttəfiq bölmələrlə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi idi. Qəsəbə azad ediləndən sonra yuxarı komandanlıq tərəfindən növbəti tapşırıq gəldi. Tapşırıq Arazboyu əraziyə düşmək və Cəbrayılın Soltanlı kəndindən irəliləyərək düşmənin olduğu ərazilərə görünmədən sızmaq idi. Qrup halında, xüsusilə öndə dozor qrupu olaraq geridə gələn qrupların təhlükəsizliyini təmin etmək şərtilə düşmən ərazisinə sızmağa nail olduq. Müəyyən yüksəkliklərdə düşmənlər var idi və biz bunu bilirdik. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir silahlarla təchiz olunub. Biz irəliləyərkən gecə PUA-lar vasitəsilə koordinatları əldə edərək bilirdik ki, müəyyən yüksəkliklərdə düşmən var. Məqsədimiz onlara görünmədən sızmaq və müəyyən hündürlükləri, hakim yüksəklikləri tutmaq idi. Məqsədimizə çatdıq, 12 kilometrə yaxın dərinlikdən düşmən ərazisinə aralarla sızdıq. Bu gözlənilməz addım onlar üçün əsl şok oldu. Müəyyən maneələr olsa da, onları ötüb keçə bildik. Ətraf ərazilərdəki silsilələrdə qərarlaşan düşmən təmizləndikdən sonra dövlət sərhədimizdə lap əvvəldən mövcud olan zastavanı müşahidəyə aldıq və növbəti qrupların gəlməsini təmin etdik. Bundan sonra mədəni irsimiz olan Xudafərin körpüsünü düşməndən təmizləmək barədə tapşırıq gəldi. Təbii ki, ondan əvvəl zastava düşməndən təmizlənməli idi. Müəyyən silsilələrdən düşmənə pusqu qurduq. Nəticədə zastava düşməndən tam təmizləndi. Onlar hər şeyi qoyub qaçmışdılar. Yerdə qalanlar isə məhv edilmişdi. Tapşırıq gəldi ki, hakim yüksəkliklərdən Xudafərin körpüsünə doğru irəliləmək lazımdır. Otuz ildən sonra doğma torpağımıza ayaq basdığımız üçün hər birimiz sevinirdik. Yüksəkliklər götürüldükdən sonra irəliləmək barədə tapşırıq aldıq. İrəlilədik və növbəti qrupların gəlməsini də təmin etdik. Xudafərin körpüsünə və hakim yüksəkliklərə Azərbaycanın şanlı bayrağını sancdıq. Xudafərin körpüsünün azad olunması Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov tərəfindən Müzəffər Ali Baş Komandana məruzə olundu.

Xudafərin körpüsünün itki verilmədən azad edilməsinin bu əməliyyatın ən böyük üstünlüyü olduğunu vurğulayan zabit deyib: “Bir il öncə buraya tam heyətlə gəlmişdik. Ən qürurverici məqam düşmənin böyük itki verməsi, bizdən isə bir nəfərin belə burnunun qanamaması idi. Burada nə yaralı, nə də şəhidimiz olmamışdı. Təbii ki, biz bu tapşırıqla kifayətlənmirdik. Bizim növbəti tapşırıqlarımız var idi. Bu zaman döyüş yoldaşlarımızdan yaralanan və şəhadət zirvəsinə yüksələnlər oldu. Bir il sonra biz buraya ayaq basarkən onları ən dərin ehtiramla xatırlayırıq. Döyüşə atılarkən hər şeyə hazır olursan. Bizim bir məqsədimiz var idi: torpaqlarımızı işğaldan azad etmək. Müharibəyə hazır idik və hər an o tapşırığı alacağımız günü gözləyirdik. Hazırlıqlar da öz sözünü layiqincə dedi”.

DSX-nin Çevik Hərəkat Qüvvələrinin giziri Asif Məmmədov ilk döyüş əməliyyatlarına Hadrut istiqamətində başladıqlarını vurğulayıb: “Hadrut düşməndən azad olunandan sonra komandanlıqdan Cəbrayıl istiqamətində döyüş əməliyyatlarına girmək əmri gəldi. Oradan Cəbrayıl istiqamətində hərəkətə başladıq. Şükürbəylidə tərtibləndik və bazalandıq. Növbəti tapşırıq buradakı yüksəkliyi, strateji məntəqələri düşməndən azad etmək oldu. Dağlıq ərazilərlə düşmənə görünmədən, onların qüvvələrini yararaq tapşırığı icra etdik. Burada bizə PUA-ların da çox köməyi oldu. Onun köməyi ilə ərazini dəqiq təhlil edərək rahat hərəkət edirdik. Bir neçə düşmən mövqeyini keçdik. Hətta bir yerdə düşməni və texnikasını pusquya saldıq. Onlar da kameralarla əraziyə nəzarət edirdilər. Həmin kameraları, düşmənin canlı qüvvəsini və texnikasını məhv etdik. Düşmən qüvvələrinin gücləndirilmiş rejimdə xidmət apardığı bir mövqeni gecə ərzində fasiləsiz müşahidə altında saxladıq. Səhəri gün burada əməliyyat aparıldı və düşmən məhv edildi. Dağın əks istiqamətindəki zastavada düşmən qüvvələri xidmət aparırdılar. Yüksəklik götürüləndən və ehtiyat qüvvələrimiz orada gücləndirmə xidmətinə yerləşdirildikdən sonra həmin zastavaya hücum etdik. Bu əməliyyatın ən üstün cəhəti onun tam itkisiz icra olunması idi. Zastava ələ keçirildikdən sonra düşmənin şəxsi heyəti və texnikası məhv edildi. Sonra ehtiyat qüvvələrimiz buraya yerləşdirildi. Növbəti istiqamət yüksəklikdən Xudafərin ərazisinə keçmək idi. Burada körpünün alt tərəfində yaradılan bunkerdə düşmən qüvvələri var idi. Uğurlu əməliyyatlar həmin qüvvələr də məhv edildi və Xudafərin körpüsünə Azərbaycan bayrağı sancıldı”.

Min illik tarixə malik Xudafərin körpüsündə olarkən keçirdiyi qürur və sevinc hislərini bölüşən gizir Asif Məmmədov bildirib: “Orta məktəbdə oxuyarkən “Azərbaycan tarixi” kitabının üzərində Xudafərin körpüsünün şəkli var idi. Həmişə o şəklə baxır və nə zamansa mütləq buraya gələcəyimi düşünürdüm. Qürurverici hissdir ki, Xudafərin körpüsünün azad edilməsindən sonra buraya ilk ayaq basan şəxslərdən biri də mənəm. Müharibə torpaqlarımızı düşməndən azad etmək üçün çoxdan gözlədiyimiz an idi. Çox sevinirəm ki, bu, bizə qismət oldu. Torpaqlarımızın azadlığı uğrunda xeyli döyüş yoldaşımız şəhid oldu. Ərazilərimizi onların qanı-canı bahasına işğaldan azad etdik.

Qeyd edək ki, gizir Asif Məmmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Xudafərinin azad olunması əməliyyatında iştirak etmiş baş çavuş Rasim Qasımov isə fikirlərini bölüşərək deyib: “Sentyabrın 27-də Cəbrayıl istiqamətində döyüşlərə başladıq. Ağır döyüşlər keçirdik. Şəhidlərimiz, yaralılarımız olsa da, soyuqqanlılığımızı itirmədik və daim irəlilədik. Cəbrayılda düşmənin müdafiə xəttini yardıq. Ondan sonra Cəbrayılın Şükürbəyli kəndini və ətraf əraziləri işğaldan azad etdik və Soltanlı kəndində düşmən mövqelərinin arxasına doğru 11 kilometr dərinliyə sızdıq. Onlar bizi görmürdülər. Düşmən mövqelərindən ötüb keçərək irəlilədik və yüksəkliyə çatdıq. Orada quraşdırılmış müşahidə kamerasını məhv etdik. Bilirdik ki, müşahidə kamerasını yoxlamağa gələcəklər. Elə də oldu. Bir müddətdən sonra oraya pusqu qurduq. Düşmənin texnikası irəliləməyə başladı. Onun bizə bir az da yaxınlaşmasını gözlədik və əmr verilən həmin texnikanı məhv etdik. Bir neçə müddətdən sonra oraya düşmənin əlavə canlı qüvvəsi gəldi. Lakin biz həmin canlı qüvvəni də məhv etdik. Ondan sonra bizə Xudafərin və ətraf ərazilərin düşməndən azad olunması barədə göstəriş verildi. Bir neçə zastavanı da düşməndən təmizlədikdən sonra Xudafərin körpüsünü azad etdik və buradakı zastavalarda bayrağımız ucaldıldı”.

İşğaldan azad olunan ərazilərə ilk dəfə ayaq basarkən unudulmaz hisslər yaşadığını vurğulayan baş çavuş Rasim Qasımov bildirib: “Çoxumuz Xudafərin körpüsünün şəklini kitablarda görmüşdük, biz isə özümüz buranın azad edilməsinə iştirak etdik. Cəbrayıla, Zəngilana, Xudafərinə ayaq basmaq çox gözəl hiss idi. Cəbrayıldan olan komandirimiz var idi. Özü bizə tapşırıq verdi ki, mən yaralansam və ya şəhid olsam belə dayanmayın, daim irəliləyin. Yaralansa da bizə “İrəli” əmri verdi, ruhdan düşmədik və daha da irəlilədik. Digər bir komandirimiz isə əlindən yaralandı, lakin döyüşlərə davam etdi. Bu, bizi daha da ruhlandırırdı. Bizim bu döyüşlərdəki şücaətimiz Müzəffər Ali Baş Komandan tərəfindən çox yüksək qiymətləndirildi. Mən “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olundum”.

Qeyd edək ki, Azərbaycan sərhədçiləri 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan tərəfindən verilmiş döyüş tapşırıqlarını uğurla icra ediblər. Sərhədçilərimiz müharibənin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini düşmən tapdağından qurtarıblar. Məhz sərhədçilərimiz 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək Ermənistan ordusunun yüzlərlə canlı qüvvəsini məhv edib, Xudafərin körpüsündə, Zəngilanın Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızı ucaldıb, Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Füzuli, Cəbrayıl, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin azad olunmasında qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.

Bu əməliyyatlarda 2011-ci ildən etibarən modifikasiyası həyata keçirilən AN-2 təyyarələrinin taktiki tətbiqi nəticəsində düşmənin aşkarlanmış hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələri və digər strateji hədəfləri, döyüş texnikası, çoxsaylı canlı qüvvəsi peşəkarlıqla idarə olunan pilotsuz uçuş aparatları tərəfindən məhv edildi. Ümumilikdə 290 düşmən hədəfi sərhədçilərimiz tərəfindən məhv olunub.

Beləliklə, ötən ildən etibarən Azərbaycan xalqı 18 oktyabr tarixini ikiqat - həm Müstəqilliyin Bərpası Günü, həm də Xudafərin körpüsünün azad edilməsi günü kimi bayram edir. Bir Qələbəmizi digər Zəfərimizlə bəzəyən rəşadətli Azərbaycan Ordusuna eşq olsun!

Xudafərin körpüsü düşmən işğalından 27 il sonra itki verilmədən azad edildi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub